RU

Fransa klubunun qapıçısını 20 ilədək həbs gözləyir

Idman.biz saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Fransanın “Nansi”, “Nim” və “Soşo” klublarının keçmiş qapıçısı Batist Valet dekabrın əvvəlində zorlama ittihamına görə məhkəmə qarşısına çıxacaq.

İdman.biz bildirir ki, onu 20 ilə qədər həbs gözləyir.

2019-cu ilin dekabrında futbolçunun gecə klubundan çıxandan sonra 18 yaşlı qadına təcavüz etdiyi iddia edilir.

Zərərçəkmiş polisə bildirib ki, spirtli içkinin təsiri altında olsa da, Nensi oyunçusuna onunla cinsi əlaqəyə razı olmadığını dəfələrlə deyib. Təqsirləndirilən şəxs cinsi əlaqəni inkar etmir, lakin bunun razılıq əsasında olduğunda israr edir.

Hazırda Batistin çıxış edin “Qrass” klubunun rəhbərliyi oyunçunu hələlik heyətdən çıxarmayacağını bəyan edib.

İdman.biz

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
13
1
icma.az

2Источники