RU

Regionda narahatlıq yaradan xəbər Bakıda 25 il sonra təkrarlana bilər

ain.az bildirir, GlobalInfo portalına istinadən.

Regionda ardıcıl zəlzələlər narahatlıq yaradıb. Belə ki, İranın mərkəzində yerləşən İsfahan vilayətində 5,3 maqnitudalı zəlzələ olub, Qum və Tehran sakinləri də yeraltı təkanları hiss ediblər. Paralel olaraq, Türkiyənin İstanbul şəhərində 5 bal gücündə zəlzələ baş verib, nəticədə 17 nəfər yaralanıb.

Regionda ardıcıl zəlzələ hadisələri ölkəmizə nə vəd edir?

Globalinfo.az-a danışan ekoloq Qorxmaz İbrahimli deyib ki, Azərbaycan Ərəbistan və Avrasiya tektonik plitələrinin qovşağında yerləşir:

“Xüsusilə Abşeron yarımadası bu aktiv seysmik zonaya daxildir. Zaqatala, Şamaxı və Abşeron bölgələri seysmik baxımdan daha fəal ərazilərdir. Ona görə də Bakıda və digər bölgələrimizdə zaman-zaman zəlzələlərin baş verməsi normal haldır. Azərbaycan Alp-Himalay seysmik qurşağına daxil olduğu üçün burada zəlzələlər təbii qəbul edilir. Seysmoloqlar bu hərəkətliliyi gündəlik əsasda müşahidə edirlər. Əgər zəlzələnin gücü 3 və ya 3,5 bal civarındadırsa, bu cür zəif təkanlar ya elan olunmur, ya da insanlar hiss etmədiyi üçün narahatlıq yaratmır. Lakin 5,3 bal gücündəki zəlzələlərlə bağlı bunu demək olmaz. Məsələn, İranda baş verən zəlzələlər də zaman-zaman ölkəmizdə hiss olunur, çünki regionda seysmik aktivlik və gərginlik mövcuddur. Həm Ərəbistan, həm Avrasiya plitələri, həm də Abşeron zonası aktiv seysmik sahələrdir. Bu bölgələrdə tektonik gərginlik hələ də tam boşalmayıb”.

Qorxmaz İbrahimli

Ekoloq 2000-ci ildə Bakıda təxminən 5 bal gücündə zəlzələnin baş verdiyini və bunun insanlarda müəyyən narahatlıq yaratdığını vurğulayıb:

“Lakin bu gücdə zəlzələlər dağıdıcı sayılmır. Sadəcə panika səbəbindən bəziləri özlərini təhlükəyə atır, binalardan çıxmağa çalışarkən tullanırlar, zədələnirlər və sair. Təəssüf ki, belə hallarda bədbəxt hadisələr də baş verə bilir. Ümumiyyətlə, bu cür zəlzələlər ölkəmizdə tez-tez müşahidə olunur və təbii prosesin bir hissəsidir. Narahat olmağa əsas yoxdur. Bakı və Abşeron yarımadasında tikilən yeni binalar kifayət qədər keyfiyyətlidir və seysmik baxımdan möhkəmdir. 2000-ci ildəki zəlzələ də bunu bir daha göstərdi. Bu binalar 8 bala qədər davamlı hesab olunur”.

Zaira Akifqızı

Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
23
globalinfo.az

1Источники