RU

AB Rusiya ilə bağlı hərəkətə keçir: Qrafik hazırdır...

Avropa Parlamenti Rusiyadan neft və qaz idxalının mərhələli şəkildə dayandırılmasını sürətləndirməyi nəzərdən keçirir.

Axar.az xəbər verir ki, bu barədə “Blumberq” mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, parlamentin sənaye komitəsi 2026-cı ildə Rusiyadan neft və neft məhsulları idxalının dayandırılması, həmçinin 2027-ci ildən başlayaraq Rusiya qazının tədarükünün qadağan edilməsi ilə bağlı səsvermə keçirməyi planlaşdırır.

Qeyd edilir ki, bu qərar boru kəməri qazının idxalının dayandırılmasını artıq Avropa Birliyinin təklif olunan sanksiyalar paketində nəzərdə tutulan dəniz daşınması ilə tədarükün dayandırılması ilə uyğunlaşdıra bilər.

Agentlik əlavə edib ki, qlobal qaz bazarının artıq 2026-cı ilin ikinci yarısından profisitə keçməsi gözlənilir. Bu, AB-nin tədarükün dayandırılmasının tədarüklərə təzyiq göstərməsi və qiymətlərin artması riskini azaldacaq.

Избранный
16
4
axar.az

5Источники