RU

Bu gün Azərbaycanın 6 qadın boksçusu III MDB Oyunlarının finalında qızıl medal uğrunda döyüşəcək

Azertag portalından alınan məlumata görə, ain.az xəbər verir.

Yevlax, 4 oktyabr, AZƏRTAC

Bu gün III MDB Oyunlarının boks yarışlarında qadınlar arasında final döyüşləri keçiriləcək.

AZƏRTAC xəbər verir ki, Yevlax Olimpiya İdman Kompleksində keçiriləcək döyüşlərdə Azərbaycan millisinin 6 təmsilçisi qızıl medal uğrunda rinqə çıxacaq.

Final görüşlərində ölkəmizi Aysel Fərəcova (46 kiloqram), Gülər Hüseynova (48 kiloqram), Əminə Tağı (50 kiloqram), Cəmilə Muradlı (54 kiloqram), Aynur İsmayılova (60 kiloqram) və Fidan Bakarova (63 kiloqram) təmsil edəcəklər.

Qeyd edək ki, daha əvvəl Aylin Nəzərova (46 kiloqram), Zəhra Məmmədova (52 kiloqram), Mirrüqəyya Azərpur (57 kiloqram) və Səma Abbasova isə (66 kiloqram) yarımfinalda məğlub olduqları üçün bürünc medalla kifayətləniblər.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
20
8
azertag.az

10Источники