RU

Yaponiyada baş nazir postuna əsas namizədlər bəlli oldu

Oktyabrın 4-də Yaponiyada hakim Liberal Demokratik Partiyanın (LDP) yeni lideri seçiləcək. Partiya sədri eyni zamanda ölkənin növbəti baş naziri olacaq.

Trend-in məlumatına görə, seçkiyə beş siyasətçi qatılıb, lakin onların yalnız üçünün real qələbə şansı olduğu qeyd olunur.

LDP lideri parlamentin hər iki palatasının spikerləri istisna olmaqla 295 deputatın səsi ilə müəyyən ediləcək.

Sədr postuna namizədlər bunlardır:

sabiq iqtisadi təhlükəsizlik naziri, mərhum baş nazir Şinzo Abenin yaxın tərəfdarı Sanae Takaiçi,

kənd təsərrüfatı naziri, sabiq baş nazir Juniçiro Koizuminin oğlu Şinjiro Koizumi,

Nazirlər Kabinetinin hazırkı baş katibi Yoşimasa Hayaşi,

sabiq iqtisadi təhlükəsizlik naziri Takayuki Kobayashi,

LDP-nin sabiq baş katibi Toşimitsu Moteqi.

Müşahidəçilər əsas mübarizənin Takaiçi, Koizumi və Hayaşi arasında gedəcəyini bildirirlər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Избранный
16
1
olaylar.az

2Источники