RU

Azərbaycanda 700 dən çox adam istəyir, amma vacib şərt var Detallar

GlobalInfo portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Azərbaycanda ölümündən sonra orqanlarını bağışlamaq istəyənlərin sayı artıb. Məlumata görə, hazırda bununla bağlı müraciət edənlərin sayı 700-dən yuxarıdır. Amma 2025-ci ilə kimi bu rəqəm 100 nəfərə yaxın idi. Digər tərəfdən, sözügedən məsələnin dini aspekti müzakirə edilir.

Orqan bağışlamaq günahdırmı? İslamda bu haqda nə deyilir?

Globalinfo.az-a danışan ilahiyyatçı Ağa Hacıbəyli deyib ki, islam dini orqan donorluğuna qəti şəkildə qarşı deyil:

“Bəzi din xadimləri müxtəlif fikirlər təqdim edə bilirlər. Lakin bu məsələdə dinin açıq və insani mövqeyi var. Qurani-Kərimin Maidə surəsinin 32-ci ayəsində Allah buyurur ki, “Kim bir canı xilas edərsə, sanki bütün bəşəriyyəti xilas etmiş olar”. Bu baxımdan, orqan bağışlamaq əslində bir insanın həyatını xilas etmək deməkdir və bu, islamın əsas prinsiplərinə tam uyğundur. İslam mahiyyət etibarilə, insan həyatını qorumağa və yaşatmağa xidmət edən bir dindir. Digər tərəfdən, bəzi şəxslər etiraz edərək bildirirlər ki, insan bədəni ona Allah tərəfindən verilmiş bir əmanətdir və buna ölənədək toxunulmamalıdır. Bu yanaşma da müəyyən mənada anlayışla qarşılanmalıdır. Lakin nəzərə almaq lazımdır ki, biz yaşadığımız müddətdə ehtiyacı olan birinə qan verə biliriksə, ölümümüzdən sonra da həyati vacib bir orqanı bağışlamaq mümkündür”.

Ağa Hacıbəyli

İlahiyyatçı bildirib ki, islamın qoyduğu əsas şərtlərdən biri bu prosesdə ticarət, qazanc və ya mənfəət məqsədinin olmamasıdır:

“Yəni orqan bağışlanması yalnız xeyirxah niyyətlə və bir insanın həyatını xilas etmək məqsədilə həyata keçirilməlidir. Məqsəd safdırsa, islam dini vəfatdan sonra orqanların bağışlanmasını və transplantasiyasını məqbul hesab edir. Burada daha bir incə məqam da mövcuddur: şəxs sağlığında orqan donorluğu ilə bağlı qərarı verməlidir. Vəfat etdikdən sonra onun ailə üzvlərinin və ya yaxınlarının bununla bağlı qərar vermək hüququ mübahisəli ola bilər. Çünki həmin bədən və orqanlar şəxsə məxsusdur və onun fikri əsas hesab olunur”.

Zaira Akifqızı

Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
4
globalinfo.az

1Источники