Sea Breeze

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq vətəndaş məmnunluğunun təmin edilməsi və mövcud problemlərin həlli məqsədilə, Ordubad Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Rəhimli tərəfindən oktyabrın 3-də Dəstə kəndində səyyar qəbul keçirilib. Görüşdə kənd sakinləri ilə yanaşı, İcra Hakimiyyətinin məsul əməkdaşları, rayonun idarə, müəssisə və təşkilat rəhbərləri, icra nümayəndəsi və bələdiyyə sədri iştirak ediblər.

Qəbulda ilk olaraq Ümummilli Lider Heydər Əliyevin və Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.

Görüşdə icra başçısı Rəcəb Rəhimli vurğulayıb ki, 3 oktyabr 1993-cü il tarixində Ümummilli Lider Heydər Əliyevin Azərbaycan Respublikasının Prezidenti seçilməsi ölkəmiz üçün xüsusi əhəmiyyət kəsb edir. Bu gün müstəqilliyə gedən yolun başlanğıcı olaraq tarixdə özünəməxsus yer tutur və milli dövlətçiliyimizin möhkəmlənməsində həlledici rol oynayır.

İcra başçısı çıxışında ölkəmizin beynəlxalq aləmdə qazandığı uğurlardan, 44 günlük Vətən müharibəsi, Antitterror əməliyyatı zamanı əldə olunan qələbələrin Azərbaycanın hərbi-siyasi mövqeyininin möhkəmlənməsindəki rolundan bəhs edib. Bildirib ki, Ulu Öndərin siyasi kursunun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində ərazi bütövlüyümüz tamamilə bərpa olunub, Azərbaycan regionun lider dövlətinə çevrilib. Bugün Suqovuşanın azad olunması da Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsində mühüm tarixi hadisədir.

Görüşdə Zəngəzur dəhlizi məsələsinə toxunan İcra başçısı qeyd edib ki, bu dəhlizin açılması Muxtar Respublikanın, eləcə də Ordubad rayonunun sosial-iqtisadi inkişafına böyük təkan verəcək. Zəngəzur dəhlizi bölgənin nəqliyyat sisteminin inkişafı və ticarət əlaqələrinin gücləndirilməsi baxımından strateji rol oynayır.
Rəcəb Rəhmli “2023-2027-ci illərdə Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”nın icrası haqqında, rayon ərazisində yol infrastrukturunun qurulması, məşğulluq imkanlarının artırılması, turizmin inkişafı sahəsində yeni otel tikintisi layihəsinin hazırlanması, eyni zamanda tarixi-mədəni irsimizin qorunması məqsədilə “Ərbabın iş yeri” tarixi binasının əsaslı təmiri, “Sərşəhər məscidi” və mədrəsə tikilililərin bərpa edilməsi üçün aparılan işlər barədə vətəndaşlara ətraflı məlumat verib.

Daha sonra kənd sakinlərin müraciətləri dinlənilib. Məşğulluq, içməli su problemi, zərərverici heyvanlara qarşı tədbirlərin görülməsi, mülkiyyət hüququ və digər məsələlərlə bağlı səsləndirilən müraciət və təkliflər məsul şəxslərin iştirakı ilə yerindəcə araşdırılıb, həlli ilə bağlı tədbirlər müəyyənləşdirilib.

Sakinlər onlara göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

Baku Build
ETX
Baku Water Week
ETX
Baku Water Week
ETX