RU

Anna Akopyandan Ərdoğanla bağlı məsləhət

ain.az xəbər verir, GlobalInfo saytına əsaslanaraq.

“Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın kitabını bitirdim”.

Globalinfo.az Teleqraf-a istinadən xəbər verir ki, bu barədə Ermənistan Baş naziri Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyan sosial media hesabında yazıb.

Baş nazirin xanımı digər oxuculara da kitabı mütaliə etməyi məsləhət görüb:

“Onu digər elmi kitablarımla yanaşı oxuyurdum, ona görə də bir az vaxt apardı. Əminəm ki, Ermənistandakı mütəxəssislər onu dərc edildikdən dərhal sonra oxuyacaqlar və maraqları beynəlxalq münasibətlərə aid kitabların əhatə dairəsindən kənarda qalan, amma qonşu ölkənin prezidentinin nə yazdığını bilmək istəyənlər üçün bunu deyim:

Kitab BMT-nin strukturunun dəyişdirilməsi, Təhlükəsizlik Şurasının daimi üzvlərinin hüquqlarının nəzərdən keçirilməsi və təşkilatı dövrümüzün çağırışlarına cavab vermək üçün real alətlər dəsti ilə təmin etməkdən bəhs edir. Müəllifin fikrincə, dünya BMT Təhlükəsizlik Şurasının beş daimi üzvünə bağlı qala bilməz: “Dünya beşdən böyükdür”.

Kitabda bəşəriyyətin durumu, məsələn, dünyada 820 milyon insanın aclıq şəraitində yaşadığı, 260 milyon miqrant, 80 milyondan çox məcburi köçkün, 25 milyona yaxın qaçqın olduğu barədə məlumatlar da öz əksini tapıb.

Kitabın adı “Daha ədalətli dünya mümkündür”. Daha ədalətli dünya mümkündür”.

Xatırladaq ki, Anna Akopyan bundan əvvəl sosial media hesabında Türkiyə liderinin kitabını oxumağa başaladığını yazmışdı. Rəcəb Tayyib Ərdoğan sözügedən kitabı ötən ilin sentyabrında Nyu-Yorkda görüşdə Nikol Paşinyana hədiyyə etmişdi.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
19
3
globalinfo.az

3Источники