RU

Paşinyanın xanımı Ərdoğanın o kitabını oxuyub bitirdi... FOTOLAR

Moderator.az saytından alınan məlumata görə, ain.az bildirir.

"Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın kitabını bitirdim. Elmi kitablarımla paralel oxuyurdum, ona görə də bir az uzanırdı".

Moderator.az xəbər verir ki, tert.am-ın yaydığı məlumata görə, bu barədə sosial şəbəkədə Ermənistan baş nazirnin xanımı Anna Akopyan yazıb.

“Əminəm ki, Ermənistandakı mütəxəssislər onu dərc edildikdən dərhal sonra oxuyacaqlar.  Maraqları beynəlxalq münasibətlər haqqında kitabdan kənar olan, lakin qonşu ölkənin prezidentinin nə yazdığını bilmək istəyənlər üçün deyəcəyəm:

Kitab BMT-nin strukturunun dəyişdirilməsi, Təhlükəsizlik Şurasının daimi üzvlərinin hüquqlarının nəzərdən keçirilməsi və təşkilatın dövrümüzün çağırışlarına cavab vermək üçün real alətlər dəsti ilə təchiz edilməsindən bəhs edir.

“Dünya beşdən böyükdür”  deyən müəllifin fikrincə, dünya BMT Təhlükəsizlik Şurasının beş daimi üzvünün istəklərində qala bilməz.

Kitabda bəşəriyyətin durumu, məsələn, dünyada 820 milyon insanın aclıq şəraitində yaşadığı, 260 milyon miqrant, 80 milyondan çox məcburi köçkün, 25 milyona yaxın qaçqın olduğu barədə məlumatlar da öz əksini tapıb", - deyə Paşinyanın xanımı yazısında bildirib.

Kitabın adı “Daha ədalətli dünya mümkündür”. Daha ədalətli dünya mümkündür”, - o yazıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
9
2
moderator.az

9Источники