RU

İranda helikopter qəzaya uğradı: Ölənlər var

İranda Qızıl Ayparaya məxsus xilasedici helikopter qəzaya uğrayıb. 

Milli.az xəbər verir ki, İranın Qızıl Aypara Cəmiyyətinə məxsus helikopterin Luristan əyalətində qəzaya uğraması nəticəsində 2 nəfər ölüb.

Bildirilib ki, helikopterin göyərtəsində 8 nəfər olub. Ölənlərin biri pilotdur.

Bundan əlavə, bir xilasedici də ağır vəziyyətdədir.

Hazırda hadisə ilə bağlı araşdırma aparılır, bölgəyə əlavə xilasetmə qüvvələri cəlb olunub.

Milli.Az

Избранный
23
1
milli.az

2Источники