RU

“Qarabağ”ın qazancı 55 milyonu keçdi

ain.az, Qafqazinfo portalına istinadən məlumatı açıqlayır.

Xəbər verdiyimiz kimi, “Qarabağ” UEFA Çempionlar Liqasının əsas mərhələsinə iki qələbə ilə başlayıb.

“Qafqazinfo”nun məlumatına görə, “Benfika”nı 3:2, “Kopenhagen”i 2:0 məğlub edən Ağdam klubu ümumilikdə 4,2 milyon avro (8 milyon 300 min manat) əldə edib. 

Belə ki, UEFA liqa mərhələsində hər qələbə üçün 2,1 milyon avro mükafat ayırır. 

Qeyd edək ki, “Qarabağ” liqa mərhələsinə düşdüyünə ümumilikdə 23 milyon 700 min avro (47 milyon 735 min manat) qazanmışdı. Hazırda isə bu məbləğ son iki qələbə ilə birlikdə 27,97 milyon avro (55,8 milyon manat) çatıb. 

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
20
24
qafqazinfo.az

10Источники