RU

Münhen hava limanı fəaliyyətini bərpa edib - YENİLƏNİB

Pilotsuz uçuş aparatları təhlükəsi səbəbindən işini dayandıran Münhen aeroportu fəaliyyətini bərpa edib.

APA xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.

Bununla belə, bildirlib ki, hava livanının fəaliyyətində gün ərzində fasilələr ola bilər.

***
04:39

Almaniyanın Münhen hava limanı bir neçə pilotsuz uçuş aparatının (PUA) görünməsi ilə əlaqədar fəaliyyətini yenidən dayandırıb.

APA xəbər verir ki, bu barədə “Reuters“ hava limanının təhlükəsizlik xidmətinə istinadən məlumat yayıb.

"Münhen hava limanında hər iki uçuş-enmə zolağı bağlıdır", - məlumatda deyilir.

Hava limanının bağlanmasına PUA-ların görünməsinin səbəb olub-olmadığı hələ aydın deyil.

Qeyd edək ki, oktyabrın 2-də axşam saatlarında da hava limanında analoji hadisə baş vermiş və hava limanı yalnız oktyabrın 3-də səhər fəaliyyətini bərpa etmişdi.
Избранный
15
6
sherg.az

10Источники