Bu sözləri mətbuata verdiyi açıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov deyib.
Millət vəkilinin sözlərinə görə, Cəbrayılın işğalı ilə azadlığı arasında uzanan 27 illik dövr Azərbaycan xalqının həm ağrı, həm də ümidlərlə dolu tarixini əks etdirir: “1993-cü ilin avqustunda Cəbrayıl rayonu işğal edildi. 1 şəhər, 4 qəsəbə, 92 kənd erməni vandalları tərəfindən dağıdıldı, minlərlə sakin məcburi köçkünə çevrildi. Yüzlərlə tarixi abidə və mədəniyyət ocağı yerlə-yeksan olundu. Ancaq bütün bu faciələr xalqın iradəsini sındıra bilmədi. Azərbaycan dövləti bu illərdə həm iqtisadi, həm də hərbi gücünü möhkəmləndirdi və nəhayət, 2020-ci ildə ədaləti bərpa etdi.”
Kamaləddin Qafarov bildirib ki, Cəbrayılın azad olunması müharibənin strateji gedişatını dəyişdi: “Oktyabrın 4-də Azərbaycan Ordusu Cəbrayıl şəhərini və ətraf kəndləri işğaldan azad etdi. Düşmən burada möhkəm istehkamlar qurmuşdu, lakin əsgərlərimizin fədakarlığı sayəsində bu maneələr yarıldı. Cəbrayıl əməliyyatı ilə Ordumuz həm Zəngilan, Qubadlı, Laçın istiqamətində, həm də Xocavənd və Hadrut üzərində nəzarət üçün əlverişli mövqelər qazandı. Əslində, bu qələbə sonrakı həlledici mərhələlərin açarı oldu. Həmin gün Xudafərin körpüsündə qaldırılan üçrəngli bayraq isə Azərbaycan dövlətinin tarix qarşısında haqq savaşını təcəssüm etdirdi.”
Deputat qeyd edib ki, cənab Prezident İlham Əliyevin 2023-cü ildə imzaladığı sərəncamla 4 oktyabrın Cəbrayıl şəhəri günü elan olunması bu qələbənin əhəmiyyətini daha da artırır. Onun fikrincə, bu, həm də yeni dövrün başlanğıcıdır: “Bu gün Cəbrayılda genişmiqyaslı bərpa və quruculuq işləri aparılır. Araz Vadisi İqtisadi Zonası, sənaye parkları, müasir yollar, enerji layihələri rayonun gələcək inkişafına xidmət edir. İlk köç karvanının Cəbrayıla yola salınması isə Böyük Qayıdışın gerçəkliyə çevrildiyini göstərir. Artıq insanlar doğma torpaqlarına qayıdır, yeni evlər, məktəblər, mədəniyyət ocaqları tikilir. Bu, həm ədalətin, həm də həyatın qələbəsidir.”
10Источники
-
demokrat.azKamaləddin Qafarov: “Cəbrayılın azad edilməsi çox mühüm strateji uğur idi” ( 22039303)
-
manset.az“Cəbrayılın azad edilməsi çox mühüm strateji uğur idi” ( 22039090)
-
unikal.az"Cəbrayılın azad olunması şanlı Zəfər tariximizin mühüm səhifələrindəndir" - Bədəl Bədəlov ( 22038772)
-
yenisabah.az“Cəbrayılın azad edilməsi çox mühüm strateji uğur idi” ( 22038169)
-
ikisahil.azKamaləddin Qafarov: Cəbrayılın azad edilməsi çox mühüm strateji uğur idi ( 22038094)
-
day.az“Cəbrayılın azad edilməsi çox mühüm strateji uğur idi” - Kamaləddin Qafarov ( 22037977)
-
sitat.infoKamaləddin Qafarov: Cəbrayılın azad edilməsi çox mühüm strateji uğur idi ( 22037830)
-
1news.azKamaləddin Qafarov: “Cəbrayılın azad edilməsi çox mühüm strateji uğur idi” ( 22037794)
-
unikal.az"Cəbrayılın azad edilməsi çox mühüm strateji uğur idi” - Kamaləddin Qafarov ( 22037719)
-
axar.azCəbrayılın azad edilməsi çox mühüm strateji uğur idi ( 22037323)