RU

Məşhur reperə 4 il həbs cəzası verildi

Nyu-York federal məhkəməsi P.Diddy kimi tanınan amerikalı reper Şon Kombs barədə qərar çıxarıb.

Kulis.az xəbər verir ki, məhkəmə ona 4 il 2 ay həbs və 500 min dollar cərimə cəzası verib.

Daha öncə ABŞ federal prokurorları ona minimum 135 ay həbs cəzası verilməsini və 500 000 dollar cərimələnməsini tələb etmişdilər.

Qeyd edək ki, bu ilin iyul ayında Nyu-York məhkəməsi Kombsu iki maddə - cinsi istismar və fahişəliyə cəlb etmədə təqsirli bilib.

Избранный
15
1
kulis.az

6Источники