RU

İpoteka kreditlərinə tələb azalıb

Bakı. Trend:

İpoteka kreditləşməsi son illərdə ümumilikdə artım nümayişetdirsə də, son dövrlərdə artım tempi azalmaqdadır.

Trend xəbərverir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) yarım illik"Maliyyə Sabitliyi hesabatı"nda bildirilir.

Qeyd edilib ki, 2020-ci ildən etibarən ipoteka kreditlərininhəcmi yüksəlib, lakin 2023-cü ildən etibarəb artım tempində azalmamüşahidə olunub. Vurğulanıb ki, bu azalma həm tələb, həm də təklifamilləri ilə izah oluna bilər.

“Belə ki, ev qiymətlərinin yüksək artım tempi və yeni verilənipoteka kreditləri üzrə orta faiz dərəcələrinin artımı ipotekakreditlərinə olan tələb artımının səngiməsinə səbəb olub. Eynizamanda İpoteka və Kredit Zəmanət Fondu (İKZF) hesabına verilənipoteka kreditlərinin limitli olması və bankların maliyyələşməstrukturu onların öz vəsaitləri hesabına ipoteka kreditləşməsiimkanlarını məhdudlaşdırır”, - deyə məlumatda bildirilib.

Qeyd edilib ki, 2025-ci ilin ilk yarısında mənzil qiymətlərininartım tempi, həmçinin yeni verilən daxili ipoteka kreditləri üzrəorta faiz dərəcələrinin artımı əlçatanlıq indeksində azalmanışərtləndirib.

Избранный
38
10
az.trend.az

10Источники