RU

Orban Avropanı silkələdi: “AB-nin Ukrayna savaşını maliyyələşdirməyə pulu yoxdur”

Avropa İttifaqında Ukrayna müharibəsinin maliyyələşdirilməsi ilə bağlı gərgin müzakirələr davam edir.

Olaylar.az xəbər verir ki, Macarıstanın Baş naziri Viktor Orban sərt açıqlama ilə çıxış edərək, Avropanın artıq bu müharibəyə vəsait ayırmağa gücü çatmadığını bildirib.

"Biz, avropalılar, dərin iqtisadi böhran yaşayırıq. Hər qəpiyə ehtiyacımız var. İndiyədək 175-180 milyard avro xərcləmişik, bundan sonra hər il yenidən 40, 50, 60 milyard avro ayırmalı olacağıq. Bizdə sadəcə bu qədər pul yoxdur. Bu strategiyanın nə rasional əsası, nə də maliyyə dayağı var", - deyə Orban vurğulayıb.

O əlavə edib ki, Avropa belə davam etməklə nə Rusiyaya qalib gələ, nə də əvvəlki iqtisadi gücünü saxlaya bilər:
"Bütün bunlar illüziyadır. Və o, dağılacaq. Nəticələri isə çox ağır olacaq".

Hazırda Avropa İttifaqında Ukraynaya 140 milyard avroluq "reparasiya krediti" verilməsi müzakirə olunur. Bu vəsaitin təminatı kimi isə dondurulmuş Rusiya aktivlərinin girov qoyulması və gələcəkdə onların müsadirəsi nəzərdə tutulur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Избранный
28
1
olaylar.az

2Источники