RU

“Benfika” futbolçuları və Mourinyo virusa yoluxub

Bakı. Trend:

Portuqaliyanın “Benfika” futbol klubunun bir neçə futbolçusu vəməşqçi heyətinin üzvləri, o cümlədən komandaya Joze Mourinyo“Portu”ya qarşı vacib matç ərəfəsində virus infeksiyasınayoluxub.

Trend bu barədəxarici KİV-ə istinadən xəbər verir.

Məlumata görə, vəziyyət yaxşılığa doğru düzəlməsə oktyabrın 5-ətəyin olunmuş matç təxirə salına bilər.

Portuqaliya çempionatının reqlamentinə görə, komandada meydanaçıxmağa 13 nəfərdən az oyunçu olduğu təqdirdə matç ertələnə bilər.Futbolçuların meydana çıxmaq üçün sağlamlıq vəziyyətini müvafiqsəhiyyə orqanları təsdiqləməlidir. Hələlik “Benfika” rəhbərliyioyunun ertələnməsi ilə bağlı müraciət etməyib.

Xatırladaq ki, Mourinyo sentyabrın 18-dən etibarən “Benfika”klubuna başçılıq edir.

Məqalədə:
Избранный
15
az.trend.az

1Источники