Venesuela prezidenti Nikolas Maduro ABŞ-ın Karib dənizi regionunda hərbi fəaliyyətinə reaksiya verərək, Vaşinqtonu ölkəsində “kukla hökumət” qurmağı planlaşdırmaqda ittiham edib.
Turkustan.az xəbər verir ki, dövlət televiziyası VTV-nin məlumatına görə, paytaxt Karakasda keçirilən konfransda çıxış edən Maduro ABŞ-ın müdafiə naziri Pit Heqsetin beynəlxalq sularda narkotik daşıyan gəmini vurduqlarına dair açıqlamasına toxunub.
"Amerika xalqı çox yaxşı bilir ki, Venesuelaya qarşı planlaşdırılanlar rejim dəyişikliyi, oyuncaq hökumətlər qurmaq və ölkənin neft, qaz, qızıl və bütün təbii ehtiyatlarını oğurlamaq məqsədi daşıyan silahlı hücumdur", - Maduro bildirib.
ABŞ-ın ölkəsinə qarşı mümkün hücumuna boyun əyməyəcəklərini vurğulayan Maduro, "Venesuela gücündən və adından asılı olmayaraq heç bir imperiyanın qarşısında boyun əyməyəcək. Önümüzdəki illərdə o imperiyaya layiq olduğu mənəvi, əxlaqi və siyasi dərsi verəcəyik" dedi.
Aytən Yaşar/ Turkustan.az