RU

Sabah hava necə olacaq?

ain.az, Reyting.az portalına istinadən məlumat verir.

Oktyabrın 5-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub-şərq küləyi əsəcək.Reyting.az xəbər verir ki, sabah havanın temperaturu gecə 15-17, gündüz 20-25 dərəcə isti olacaq. Atmosfer təzyiqi 767 mm civə sütunundan 761 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 60-65 % təşkil edəcək.Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, bəzi yerlərdə arabir duman olacağı ehtimalı var. Şərq küləyi bəzi dağlıq və dağətəyi rayonlarda arabir güclənəcək. Havanın temperaturu gecə 11-16, gündüz 20-25, dağlarda gecə 4-8, gündüz 10-15 dərəcə isti olacaq.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
5
49
reyting.az

10Источники