RU

“Türkiyə Azərbaycan dostluğu dərin tarixi köklərlə bir birinə bağlıdır” Təmraz Tağıyev

ain.az xəbər verir, Qafqazinfo saytına əsaslanaraq.

“Konya Böyükşəhər Bələdiyyəsinin ev sahibliyi ilə təşkil olunan növbəti  tədbirdə Azərbaycan, Şimali Kipr Türk Respublikası, Livan, Moldovanın Qaqauz Muxtar Vilayəti, Özbəkistan və Türkiyədən nümayəndələr iştirak ediblər”.

“Qafqazinfo” xəbər verir ki, bu fikirləri adıçəkilən qurumun idarə heyətinin üzvü, Azərbaycan Şəhər Bələdiyyələri Milli Assosiasiayasının və Nərimanov bələdiyyəsinin sədri Təmraz Tağıyev qurumun növbəti toplantısında bildirib.

Sədr qeyd edib ki, toplantıya TDBB-nin sədri və Konya Böyükşəhər Bələdiyyə başçısı Uğur İbrahim Altay sədrlik edib.

İclasda birliyin ötən dövrdəki fəaliyyəti qiymətləndirilib, üzv ölkə bələdiyyələri arasında əməkdaşlığın gücləndirilməsi, birgə layihələrin hazırlanması məsələləri ətraflı müzakirə olunub.

Uğur İbrahim Altay keçirilən bu görüşün Türk dünyası bələdiyyələri arasında həmrəyliyin artıracağına inandığını bildirib və alınacaq qərarların faydalı olacağına ümid etdiyini diqqətə çatdırıb.

Tədbirdə ölkəmizi Azərbaycan Şəhər Bələdiyyələrinin Milli Assosiasiyasının və Nərimanov bələdiyyəsinin sədri Təmraz Tağıyev təmsil edib. Təmraz Tağıyev çıxışında vurğulayıb ki, tarixi köklərlə bir-birinə bağlı olan türkdilli dövlətlər bütün sahələrdə münasibətləri dərinləşdirməkdədir. XXI əsrin Türk dünyası əsri olacağını vurğulayan T.Tağıyev Azərbaycan bələdiyyələrinin bundan sonra da təşkilatın işində yaxından iştirak etməklə, onun fəaliyyətinə töhfəsini verməyə hazır olduğunu qeyd edib. 

T.Tağıyev qeyd edib ki, 3 oktyabr həm də Türk Dövlətlərinin Əməkdaşlıq Günüdür: “Ölkə başçısı İlham Əliyev bu əlamətdar gün münasibətilə Türk dünyasını səmimi-qəlbdən təbrik edərək bildirib ki, “türk dünyası bizim ailəmizdir!”. Azərbaycan Türk dünyasının birliyinin gücləndirilməsi istiqamətində səylərini bundan sonra da davam etdirəcək.

Türkiyə-Azərbaycan dostluğu əsrlər boyu yaşayacaq və bu dostluğun dərin tarixi köklərlə bir-birinə bağlı olan bu münasibətlərin qardaşlıq prinsiplər əsasında qurulub”.

Çıxışlarda TDBB-nin cari ildə həyata keçirdiyi layihələrə toxunaraq qarşılıqlı əməkdaşlığın daha da inkişaf etdirilməsinin zəruriliyi vurğulanıb.

İclasda İdarə Heyətinin digər üzvləri də çıxış edərək fikir və mülahizələrini bölüşüblər.

Sonda idarə heyətinin üzvləri belə mötəbər tədbirə dəvət aldıqlarını məmnunluqlarını bildiriblər.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
13
3
qafqazinfo.az

4Источники