Nyu-York federal məhkəməsi P.Diddy kimi tanınan amerikalı reper Şon Kombs barədə qərar çıxarıb.
Ölkə.Az “qafqazinfo”ya istinadən xəbər verir ki, məhkəmə ona 4 il 2 ay həbs və 500 min dollar cərimə cəzası verib.
Belə ki, bu ilin iyul ayında Nyu-York məhkəməsi Kombsu iki maddə - cinsi istismar və fahişəliyə cəlb etmədə təqsirli bilib. Məlum olub ki, o, dəfələrlə müğənni Kessi (Kessi Ventura) də daxil olmaqla iki keçmiş sevgilisini dəbdəbəli hotellərə aparıb, onları başqa kişilərlə cinsi əlaqəyə girməyə məcbur edib və prosesləri lentə alıb.
Daha öncə ABŞ federal prokurorları ona minimum 135 ay həbs cəzası verilməsini və 500 000 dollar cərimələnməsini tələb etmişdilər. Müdafiə tərəfi müvəkkilin bu ilin sonunda azadlığa buraxılmasına icazə verərək 14 aylıq həbs cəzası istəyib.