RU

Polis Sumqayıtda yaşayan bu qadını axtarır FOTO KONKRET

ain.az, Konkret.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Sumqayıtda 35 yaşlı qadın itkin düşüb və ailəsi tərəfindən axtarılır.

KONKRET.az xəbər verir ki, 9-cu mikrorayon ərazisində yaşayan Aytən Simka (keçmiş familiyası Bağırova) evdən çıxaraq geri qayıtmayıb.

Məlumata görə, o, bu gün saat 11:27 radələrində 9-cu mikrorayon, 75 saylı binanın 8-ci mənzilindən çıxıb. Sonuncu dəfə “Heydər Parkı”nın yaxınlığında görünüb.

Aytənin boyu 1.65 metrdir, evdən çıxarkən açıq krem rəngli (maloçnı) kapüşonlu qolsuz kurtka, tünd göy rəngli şalvar və tufli (tapışka) geyindiyi bildirilir.

Qohumlarının sözlərinə görə, Aytənin yaddaş pozğunluğu və psixoloji problemləri var, bəzən unudur və yolu azır.

Onu görənlərdən və ya yeri barədə məlumatı olanlardan polisə və ya ailəsinə məlumat vermələri xahiş olunur.

https://konkret.az/cloud/uploads/2025/10/WhatsApp-Video-2025-10-04-at-12.00.09.mp4

https://konkret.az/cloud/uploads/2025/10/WhatsApp-Video-2025-10-04-at-12.00.08.mp4

KONKRET.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
41
2
konkret.az

6Источники