RU

ABŞ miqrant uşaqlara könüllü deportasiya üçün 2500 dollar təklif edir

ABŞ administrasiyası 14 yaş və yuxarı olan valideynsiz miqrant uşaqlara ölkələrinə könüllü qayıtmaq müqabilində bir dəfəlik 2500 dollar məbləğində məskunlaşma dəstəyi təklif edir.

APA xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Agentliyin məlumatına görə, ABŞ Daxili Təhlükəsizlik Nazirliyinin Qaçqınların Yenidən Məskunlaşdırılması İdarəsi tərəfindən bu təklifin yer aldığı məktub bütün miqrant sığınacaqlarına göndərilib.

ABŞ federal qanunlarına əsasən, valideyn və ya qanuni qəyyum olmadan sərhədi keçən uşaqlar "valideynsiz" hesab olunur, qohumlara və ya qəyyumluq sisteminə təhvil verilənədək federal sığınacaqlarda saxlanılırlar.

ABŞ hökumətinin məlumatlarına əsasən, 2019-cu ildən bəri 600 000-dən çox valideynsiz azyaşlı ABŞ-Meksika sərhədini keçib.

İmmiqrasiya və Gömrük Nəzarəti İdarəsinin rəsmisinin sözlərinə görə, proses ilk olaraq 17 yaşlı uşaqlarla başlayacaq, lakin bu proqram Meksikadan olan azyaşlılara şamil olunmayacaq.

Prezident Donald Tramp dövründə, 2024-cü ilin iyun ayında ABŞ Dövlət Departamenti tərəfindən Daxili Təhlükəsizlik Nazirliyinə könüllü deportasiya proqramları üçün 250 milyon dollar ayrılıb. O dövrdə yetkin miqrantlara könüllü deportasiya üçün 1000 dollar təklif edilirdi. İndi isə bu məbləğ uşaqlar üçün 2500 dollara qədər artırılıb.

Избранный
113
1
apa.az

10Источники