Oktyabrın 5-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Bu barədə Milli Hidrometeorologiya Xidmətindən bildirilib.
Məlumata görə, mülayim cənub-şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 15-17, gündüz 20-25 dərəcə isti olacaq.
Atmosfer təzyiqi [Anchor] 767 mm civə sütunundan 761 mm civə sütununa enəcək.
Nisbi rütubət gecə 70-80 %, gündüz 60-65 % təşkil edəcək.
Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, bəzi yerlərdə arabir duman olacağı gözlənilir.
Şərq küləyi bəzi dağlıq və dağətəyi rayonlarda arabir güclənəcək.
Havanın temperaturu gecə 11-16, gündüz 20-25, dağlarda gecə 4-8, gündüz 10-15 dərəcə isti olacaq.