RU

Kobaxidze: “Gürcü Arzusu” seçkilərdə inamlı qələbə qazanacaq

“Yerli seçkilər dinc şəraitdə keçirilir, “Gürcü Arzusu” inamlı qələbə əldə edəcək”.

Bakıvaxtı.az xəbəri verir ki, bunu Gürcüstanın hakim partiyasının sədri, Baş nazir İrakli Kobaxidze jurnalistlərə açıqlamasında deyib.

    O bildirib ki, “Gürcü Arzusu”nun araşdırmalarına əsasən, partiya bütün ölkə üzrə 60%-dən çox səs qazanacaq.

    “Hesab edirəm ki, Tbilisidə və bütün bələdiyyələrdə merliyə namizədlərimiz 60 faizdən çox səs toplayacaqlar. Bizim çox yaxşı gözləntilərimiz var”, - Baş nazir söyləyib.

    İ.Kobaxidze qeyd edib ki, “Gürcü Arzusu” ölkəyə sülh və tərəqqi gətirən yeganə partiyadır.

    Избранный
    6
    5
    bakivaxti.az

    6Источники