RU

Ermənistan Prezidenti Ayazovla dəhliz məsələsini müzakirə etdi

BAKI, 4 oktyabr. TELEQRAF

Ermənistan Prezidenti Vaaqn Xaçaturyan ölkəsində diplomatik fəaliyyəti başa çatan Türkmənistan səfiri Muhmmətgəldi Ayazovla görüşüb.

Teleqraf xəbər verir ki, prezident səfirə Ermənistan-Türkmənistan münasibətlərinin möhkəmlənməsinə yönəlmiş səmərəli fəaliyyətinə və səylərinə görə təşəkkür edib.

Söhbət zamanı ikitərəfli münasibətlərin gündəliyində duran məsələlər vurğulanıb, iqtisadi əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə olunub. Vaaqn Xaçaturyan bildirib ki, nəqliyyat dəhlizləri ilə bağlı “Sülh qovşağı” proqramı həyata keçiriləcəyi təqdirdə Ermənistan-Türkmənistan tərəfdaşlığı təkcə iqtisadi deyil, həm də sosial və mədəni sahələrdə yeni imkanlar yarada, ikitərəfli əlaqələrin dərinləşməsinə töhfə verə bilər.

Tərəflər Ermənistan və Türkmənistan arasında sabit yüksək siyasi münasibətləri və qarşılıqlı səfərləri, eləcə də müxtəlif beynəlxalq platformalarda səmərəli və yüksək səviyyəli əməkdaşlığı yüksək qiymətləndiriblər.

Избранный
27
1
teleqraf.com

2Источники