RU

8 TRİLYON BÜDCƏ KƏSİRİ, YANACAQ ÇATMIR, CƏRİMƏLƏR ARTIR – Putinin “Valday”da görməzdən gəldiyi problemlər

Soçidə keçirilən “Valday” klubunun toplantısında Prezident Vladimir Putin ölkə iqtisadiyyatının gələcəyi ilə bağlı çıxış edərək ƏDV-nin 22 faizə qaldırılacağını elan edib.

Hurriyyet.az xəbər verir ki, Prezidentin sözlərinə görə, bu addım “iqtisadi parametrləri qorumaq və gələcək üçün baza yaratmaq” məqsədi daşıyır. Halbuki, cəmi bir ay əvvəl o, vergilərin artırılmasına ehtiyac olmadığını bəyan etmişdi.

Putin həmçinin büdcə müzakirələrinə toxunaraq kəsirin qaçılmaz olduğunu etiraf edib. Bununla belə, yüksək faiz dərəcələrinin iqtisadiyyatı “soyutmayacağına” ümid etdiyini deyib. Lakin iqtisadçılar prezidentin arqumentlərini inandırıcı saymırlar.

İqtisadçı Vyaçeslav Şiryayev bildirir ki, ƏDV-nin artırılması biznesin xərclərini yüksəldir, mənfəəti azaldır və əhalini yoxsullaşdırır. Bu isə daxili tələbatın azalmasına, iqtisadi daralmaya və gələcəkdə daha da böyük vergi itkisinə gətirib çıxaracaq: “ƏDV-ni qaldırmaq yalnız maliyyə naziri Siluanova sərfəlidir, çünki büdcənin kağız üzərində balansını göstərmək üçün əlavə trilyon rubl toplaya biləcək. Amma ümumi kəsir 8 trilyondursa, 1 trilyon problemi həll etmir. Əksinə, iqtisadiyyatı daha da dərin böhrana sürükləyir”.

Ekspertin sözlərinə görə, Putin həqiqi rəqəmlərdən qaçır, çünki onlar “kabus kimi görünür” – sadəcə 2024-cü ildə büdcə kəsiri 6 trilyon rubldan artıq ola bilərdi.

Prezident çıxışında ölkənin ən ağrılı problemi olan benzin qıtlığına toxunmayıb. Halbuki:

- İşğal olunmuş Krımda bu həftə satış norması əvvəlcə 30 litr, sonra isə 20 litrədək azaldılıb;

- Yaroslavl vilayətindəki neftayırma zavodunda baş verən yanğından sonra PUA fotolarının yayılması qadağan edilib;

- Orskdakı zavodun vurulmasından sonra isə 20-dən çox region yanacaq çatışmazlığından şikayət edir.

Ekspertlər xəbərdarlıq edirlər ki, vəziyyət stabilləşdirilməsə, benzinin qiyməti 100 rubla qədər bahalaşa bilər. İdxal variantı isə sanksiyalara görə riskli və xeyli bahalıdır.

Şiryayev hesab edir ki, hakimiyyət büdcə kəsirini bağlamaq üçün əhalidən maksimum vəsait toplamağa çalışır. Təkcə cərimələr hesabına 850 milyard rubl gəlir planlaşdırılıb. Bu isə hər bir vətəndaş üçün təxminən 6-7 min rubla bərabərdir.

Əhalinin real gəlirləri sürətlə azalır: pensiyalar 9 ayda cəmi 350 rubl artıb, halbuki, qiymətlər 12-15% yüksəlib. Bu siyasətin mahiyyəti isə, ekspertin sözləri ilə desək, “əhalini kasıb saxlamaq”dır: “Hakimiyyət istəyir ki, insanlar yoxsul qalsın, çünki onlar yalnız yerli məhsullar alır. Bu, daxili bazarı qorumaq üçün tətbiq edilən açıq strategiyadır”.

Putin “Valday”da optimist bəyanatlar səsləndirsə də, ölkənin sosial-iqtisadi problemlərini gizlətmək mümkün deyil. Yanacaq böhranı, sürətlə artan qiymətlər və azalan gəlirlər fonunda vergilərin artırılması əhalinin yükünü daha da ağırlaşdıracaq.

AzPolitika.info

Избранный
12
1
hurriyyet.az

2Источники