RU

“Qarabağ” avrokuboklarda ilk üçlükdə

Cari mövsüm avrokuboklarda ən çox qələbə qazanan klubların siyahısı açıqlanıb.

"Football-plus.az" xəbər verir ki, Azərbaycan təmsilçisi “Qarabağ” bu siyahıda ön sıralarda yer alır.

“Köhlən atlar” 8 oyunun 7-də qalib gəlib, yalnız bir görüşdə məğlubiyyətlə üzləşiblər.

Eyni göstəriciyə Danimarkanın “Midtyullann” və Portuqaliyanın “Braqa” klubları da sahibdi. Onlar isə yeddi qələbənin yanında bir heç-heçəyə imza atıblar.

İlk beşliyi Polşa “Rakov”u (6 qələbə, 1 məğlubiyyət) və İsveç “Malmö”su (6 qələbə, 1 məğlubiyyət, 3 heç-heçə) tamamlayır.

Избранный
27
6
football-plus.az

9Источники