RU

Yaponiya tarixində ilk: Baş nazir o olacaq

Bu gün Yaponiyanın hakim Liberal Demokrat Partiyasının yeni liderinin seçimi prosesi keçirilib. Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, ilk turda keçmiş baş nazir Juniçiro Koizuminin oğlu Şinjiro Koizumi və keçmiş iqtisadi təhlükəsizlik naziri Sanae Takaiçi ikinci tura keçiblər.

İkinci tur səsvermənin nəticələrinə görə, Sanae Takaiçi Yaponiyanın hakim partiyasının yeni sədri və potensial gələcək baş nazir seçilib.

Keçmiş iqtisadi təhlükəsizlik naziri Sanae Takaiçi 341 səsdən 185-ni toplayıb. Onun rəqibi Şinjiro Koizumi 156 səs toplayıb. Takaiçi həm Yaponiyanın bütün 47 prefekturasından olan sıravi partiya üzvlərinin əksəriyyətinin, həm də parlamentin hazırkı üzvlərinin dəstəyini qazandı.

Beləliklə, Şiqeru İşibanın yaxın günlərdə gözlənilən istefasından sonra Takaiçi Yaponiyanın növbəti baş naziri olacaq. Takaiçi həm də Yaponiya tarixində ilk qadın baş nazir olacaq.

64 yaşlı Sanae Takaiçi mərhum keçmiş baş nazir Şinzo Abenin ən yaxın tərəfdarlarından biridir. O, mühafizəkar fikirlərə malikdir və Yaponiyanın müdafiə qabiliyyətinin gücləndirilməsini fəal şəkildə müdafiə edir. Bir çoxları onun ötən ilin payızında LDP sədrliyi seçkilərində qalib gələcəyini proqnozlaşdırmışdı, lakin o, son anda siyasi döyüşdə hökumətin başçısı olmuş Şiqeru İşibaya uduzdu.

 

Musavat.com

Избранный
14
1
musavat.com

3Источники