BAKI, 4 oktyabr. TELEQRAF
III MDB Oyunları çərçivəsində Gəncə İdman Sarayında qılıncoynatma üzrə yarışlar davam edir.
Teleqraf xəbər verir ki, Azərbaycanın qızlardan ibarət şpaqa üzrə milli komandası Özbəkistana 37:45 hesablı ilə uduzub.
Beləliklə, Mirnuray Abasova, Aynur Quliyeva, NəzrinMehdiyeva və Xədicə Həsənlidən ibarət Azərbaycan komandası bürünc medal qazanıb.