RU

Türkiyə Orta Dəhliz dəmir yolu xəttinin modernləşdirilməsinə hazırlıqlara başlayır

BAKI, TurkicWorld

Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyi "Eastern Türkiye Middle Corridor Railway Development Project" (ETMIC) və "Istanbul North Rail Crossing Project "(INRAIL) adlı iki iri dəmir yolu layihəsi üçün erkən bazar qarşılıqlı fəaliyyəti (Early Market Engagement, EME) prosesinə start verdiyini elan edib.

TurkicWorld bu barədə Asiya İnkişaf Bankına istinadən xəbər verir.

Məlumata görə, layihələr Dünya Bankı və digər beynəlxalq maliyyə institutları tərəfindən maliyyələşdirilir. ETMIC layihəsinin ümumi dəyəri təxminən 1,615 milyard ABŞ dolları, "INRAIL" layihəsinin isə 8,1 milyard ABŞ dolları təşkil edir. Bu məbləğə ƏDV, gözlənilməz xərclər, tikintiyə nəzarət və layihənin idarə olunması daxildir.

"ETMIC layihəsi Türkiyənin Gürcüstanla sərhəddə Divriqi–Qars dəhlizindən keçən Şərq dəmir yolu xəttinin modernləşdirilməsinə yönəlib. Layihə çərçivəsində 587 km-lik dəmir yolu infrastrukturunun bərpası, 667 km-lik xəttin tam elektrikləşdirilməsi, körpülərin, tunellərin, stansiyaların və təhlükəsizlik sistemlərinin əsaslı təmiri nəzərdə tutulur.

Modernləşdirmə zamanı yarımstansiyalar, 154 kV-luq enerji ötürmə xətləri, müasir siqnalizasiya və telekommunikasiya sistemləri, mərkəzi dispetçer idarəetmə sistemi, eləcə də 320 km-lik paylanmış akustik monitorinq sistemi quraşdırılacaq. ETMIC layihəsi Orta Dəhlizin strateji hissəsinə çevrilərək Gürcüstanla birbaşa əlaqəni təmin edəcək və Xəzər, həmçinin Mərkəzi Asiya nəqliyyat şəbəkələrinə qoşulmanı mümkün edəcək.

INRAIL layihəsi isə Boğaz üzərindəki Yavuz Sultan Səlim körpüsündə mövcud dəmir yolu xəttindən istifadə etməklə, təxminən 125 km uzunluğunda alternativ İstanbul dəmir yolu keçidinin tikintisini nəzərdə tutur. Xətt elektrikləşdiriləcək və sərnişin, həm də yük daşımaları üçün tam siqnalizasiya sistemləri ilə təchiz olunacaq. Bu xətt İstanbulun Avropa və Asiya tərəflərindəki hava limanlarını ölkənin sürət qatarları şəbəkəsi ilə birləşdirəcək. Sərnişin qatarları 160 km/saat, yük qatarları isə 80–120 km/saat sürət yığa biləcək ki, bu da hava və dəmir yolu nəqliyyatının inteqrasiyasını təmin edərək şəhərdə mobilliyi artıracaq.

Избранный
20
1
turkic.world

2Источники