RU

Tanınmış türkiyəli aktyor vəfat etdi

Türkiyə kino sənayesinin tanınmış simalarından olan Rəcəb Bülbülsəs dünyasını dəyişib.

Kulis.az xəbər verir ki, uzun müddətdir astma xəstəliyindən əziyyət çəkən aktyor nəfəs darlığı səbəbilə xəstəxanaya yerləşdirilib.

Həkimlərin bütün müdaxilələrinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb. Bülbülses 60 yaşında vəfat edib.

Qeyd edək ki, Bülbülsəs sənət yoluna 1983-cü ildə çəkildiyi "Qardaşım mənim" filmi ilə başlayıb və karyerası boyunca 60-dan çox filmdə rol alıb.

Избранный
5
4
kulis.az

10Источники