RU

Saakaşvili meydan oxudu: Hökuməti darmadağın edəcəyik

Gürcüstan hökumətini geri çəkilməyə məcbur edəcəyik.

Hurriyyet.az Teleqraf-a istinadla xəbər verir ki, bunu Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili deyib.

“İndiyədək cavab gözləyirdik, indi cavab və bütün qərarları biz verəcəyik. İndiyədək xoş niyyətə ümid edirdik, indi möhkəm iradə göstərəcəyik. İndiyədək gücə qarşı vuruşurduq, amma geri çəkilirdik, indi onları geri çəkilməyə məcbur edəcəyik. İndiyədək yığışıb-dağılışırdıq, indi onları darmadağın etmək üçün yığışırıq”, - sabiq prezident bildirib.

Mixail Saakaşvili bundan öncə Gürcüstanda inqilabın qaçılmaz olduğunu bəyan etmişdi.

Xatırladaq ki, bu gün Gürcüstanda yerli hakimiyyət orqanlarına seçkilər keçirilir.

Избранный
23
4
hurriyyet.az

5Источники