RU

"Bu addımlar paraflanmış sülhün praktiki nəticələrini göstərir" - DEPUTAT

"Bu addımlar paraflanmış sülhün praktiki nəticələrini göstərir" - DEPUTAT"2 oktyabr tarixində Kopenhagendə "Avropa Siyasi Birliyi"nin Zirvə toplantısı çərçivəsində Prezident İlham Əliyevlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında görüş baş tutub. Bu görüş Tarixi Vaşinqton Sülh Sammitindən sonra iki ölkə rəhbəri arasında keçirilən ikinci görüşdür. Bundan öncə Çində ŞƏT+ formatında keçirilən Sammitdə tərəflər bir araya gəlmişdi. Sülh prosesi ərəfəsində bu cür görüşlərin keçirilməsi sülhün öz praktiki nəticələrini göstərdiyinin daha bir nümunəsidir".

Bu sözləri Sonxeber.az-a Milli Məclisin deputatı Pərvanə Vəliyeva danışıb.

O, açıqlamasında qeyd edib ki, etimad-quruculuq tədbirləri çərçivəsində artıq tərəflər bir neçə addım atıb:

"Ermənistanın Baş nazirinin təyyarəsi Çinə Azərbaycanın hava məkanı üzərindən səfər edib. Daha sonra delimitasiya və demarkasiya prosesi çərçivəsində hər iki tərəf bir-birinin ərazisinə daxil olub. Müxtəlif beynəlxalq tədbirlərdə Ermənistan Təhlükəsizlik naziri Azərbaycana səfər edib, Azərbaycanın beyin mərkəzinin nümayəndəsi Ermənistanda tədbirdə iştirak edib, çıxış edib. Bu addımlar paraflanmış sülhün praktiki nəticələrini göstərir.
Təbii ki, sülh müqaviləsinin imzalanması üçün Ermənistan ilk növbədə öz üzərinə düşəni yerinə yetirməlidir. Bu ölkə öz Konstitusiyasında və Müstəqillik aktında Azərbaycana ərazi iddialarını ümumxalq səsverməsi yolu ilə çıxarmalıdır. Bunun üçün tərəflərin razılaşması mövcuddur. Bu baxımdan, sülh prosesinin gedişatı, Ermənistan tərəfindən sözügedən dəyişiklik üçün, Vaşinqton görüşünün nəticələrinin xatırladılması üçün və Zəngəzur dəhlizinin (TRİPP) açılması ilə bağlı görülən işləri müzakirə etmək üçün "Avropa Siyasi Birliyi"nin Zirvə toplantısı zamanı imkan yaranmış oldu".

Vüsalə İbarhimli

Избранный
32
2
sonxeber.az

3Источники