RU

Əbülfəs Qarayev: "O, çox gözəl insan, gözəl həmkar idi"

“Mən şəxsən onunla dostluq edirdim. O, çox gözəl insan, gözəl həmkar idi”. “Bakuinfo” xəbər verir ki, bu sözləri keçmiş mədəniyyət naziri Əbülfəs Qarayev sabiq səhiyyə naziri Oqtay Şirəliyevlə vida mərasimində deyib. O qeyd edib ki, Azərbaycanın müstəqilliyinin ilk illərində səhiyyə sahəsində görülən işlər, inqilabi dəyişikliklər, Prezidentin siyasətinin əsasında qurulmuş insanlara yeni qayğı sistemi olduqca böyük əks-səda doğurub. Bu gün də səhiyyə sahəsində görülən işlər müşahidə edilir. “O həmişə insanlara əl uzadan, hər hansı çətinlik olanda kömək edən insan idi. Mədəniyyət işçilərinin barmağı ağrıyırdı, Oqtay müəllim canla-başla köməklik edirdi. Bütün işləri təşkil edirdi. Üstəgəl, onun yaratdığı Diaqnostika Mərkəzi bu gün də Azərbaycanda mühüm yer tutan səhiyyə müəssisəsidir. Onun haqqında ancaq xoş xatirələr qalacaq. Biz yaxın dostumuzu itirdik. Allah ona rəhmət eləsin!”, - Ə.Qarayev bildirib. (qafqazinfo)

Избранный
39
2
bakuinfo.net

10Источники