Gürcüstan Prezidenti Trampla fotosunun saxta olması barədə məlumatı təkzib edib
Gürcüstan Prezidenti Mixeil Kavelaşvili Nyu-Yorkda ABŞ lideri Donald Trampla çəkilən fotoşəklinin saxta olması barədə yayılan məlumatı feyk adlandırıb.
APA-nın yerli bürosu xəbəri verir ki, o, bu barədə jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, radikal qüvvələrə məxsus telekanallar, partiya və QHT-lər həqiqətə uyğun olmayan informasiyalar yaymaqla ictimaiyyəti aldadırlar.
“Mənim fotoşəklə əlavə olunmağım barədə məlumatlar yalandır”, - dövlət başçısı söyləyib.
M.Kavelaşvili qeyd edib ki, ABŞ Prezidenti ilə danışıq aparmaq imkanı olub və Tramp ona Gürcüstan-ABŞ münasibətlərinin bərpası məsələsinə mütləq qayıdacağını söz verib.