RU

Fələstin lideri Trampın Qəzza ilə bağlı təklifini dəstəklədi

BAKI, 4 oktyabr. TELEQRAF

Fələstin Prezidenti Mahmud Abbas ABŞ Prezidenti Donald Trampın Qəzza zolağında atəşkəs təklifini alqışlayıb.

Teleqraf xəbər verir ki, bu barədə onun mətbuat xidməti məlumat yayıb.

Mahmud Abbas Fələstin dövlətinin beynəlxalq hüquqa uyğun olaraq sabitliyə, ədalətli və davamlı sülhə nail olmaq üçün bundan sonra ABŞ prezidenti ilə konstruktiv əlaqələr saxlamağa hazır olduğunu təsdiqləyib.

Fələstin lideri Trampın Qəzza zolağında müharibəyə son qoymaq üçün göstərdiyi böyük səyləri yüksək qiymətləndirib və bu istiqamətdə çalışan ərəb və İslam ölkələrinə təşəkkür edib.

Избранный
30
1
teleqraf.com

2Источники