RU

İranlı general: “Hizbullah liderlərini itirsə də, daha da güclənib” – ÖZƏL

Olaylar.az xəbər verir ki, İran İslam İnqilabı Keşikçiləri Korpusunun "Qüds" Qüvvələrinin komandiri, briqada generalı İsmayıl Qaani Livanın "Hizbullah" hərəkatının liderləri Seyid Həsən Nəsrullah və Seyid Haşim Səfiyyəddinin şəhidliyinin ildönümü münasibətilə İran dövlət televiziyasına açıqlama verib.

Qaani bildirib ki, İsrail "Hizbullah"ı liderini itirdikdən sonra zəiflədilmiş göstərməyə çalışsa da, hərəkat yeni təcrübə qazanaraq daha da güclənib.
"Hizbullah qəhrəman liderini itirsə də, geri çəkilmədi, əksinə, böyük tarixi döyüşlərdən birinə cəsarətlə daxil oldu," - deyə general vurğulayıb.

O qeyd edib ki, Livanın şimalında İsrail məskunlaşanlara qarşı həyata keçirilən davamlı hücumlar "sionist düşmənin cinayətlərinə cavabın bir hissəsidir".
"Komandanların fiziki yoxluğu yolun sonu deyil - onların qanı müqavimət cəbhəsini daha canlı və güclü edir," - deyə Qaani əlavə edib.

General həmçinin 7 oktyabrda "Əl-Əqsa Tufanı" əməliyyatının başlanmasından əvvəl nə HƏMAS, nə də "Hizbullah" liderlərinin əməliyyatdan xəbərdar olmadığını söyləyib.
Onun sözlərinə görə, "sionist rejim" Livanda cəmi 2 kilometr irəliləyə bilib və məhz İsrail tərəfi atəşkəsə məcbur qalıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Избранный
47
olaylar.az

1Источники