RU

ABB və "Azər-Türk Bank"ın idarəedilməsində dəyişiklik edildi - FƏRMAN


"Azərbaycan Beynəlxalq Bankı" (ABB) və "Azər-Türk Bank" açıq səhmdar cəmiyyətlərinin fəaliyyətinə ümumi rəhbərliyi və nəzarəti Müşahidə Şurası həyata keçirəcək.

Bununla bağlı Prezident İlham Əliyev 7 avqust 2009-cu il tarixli "Azərbaycan Beynəlxalq Bankı" Açıq Səhmdar Cəmiyyətinin Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə verilməsi və bundan irəli gələn bir sıra məsələlərin tənzimlənməsi, Azərbaycan Prezidentinin "Nizamnamə kapitalında dövlətə məxsus səhmlər olan bankların və bank olmayan kredit təşkilatlarının idarə edilməsində dövlətin iştirakı qaydası haqqında", 22 sentyabr 2009-cu il tarixli "Azərbaycan Respublikası Maliyyə Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi tədbirləri haqqında" 2009-cu il 9 fevral tarixli 48 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə" və 16 iyul 2022-ci il tarixli "Azər-Türk Bank" Açıq Səhmdar Cəmiyyətinin idarə edilməsinin təkmilləşdirilməsi haqqında" fərmanlarında dəyişiklik edib.

Dəyişikliyə əsasən, sədr də daxil olmaqla 5 (beş) üzv tələbi ləğv olunur. Beləliklə, “Azərbaycan Beynəlxalq Bankı” fəaliyyətinə ümumi rəhbərliyi və nəzarəti Müşahidə Şurası həyata keçirəcək.

“Azər-Türk Bank” ASC-nin Müşahidə Şurası ilə bağlı da sədr də daxil olmaqla, 3 üzv tələbi ləğv olunub. Bankın fəaliyyətinə ümumi rəhbərliyi və nəzarəti Müşahidə Şurası həyata keçirəcək.

Избранный
9
7
baki-xeber.com

10Источники