ABŞ-lı alimlərin apardığı yeni araşdırma göstərib ki, tualetdə telefonla vaxt keçirmək uzun müddət oturmağa səbəb olur və bu da babasil riskini əhəmiyyətli dərəcədə artırır
E-saglam.az xəbər verir ki, Boston şəhərində yerləşən Beth Israel Deaconess Tibb Mərkəzində 125 yetkin üzərində aparılan tədqiqatda iştirakçıların təxminən 66 faizinin tualetdə telefon istifadə etdiyi müəyyən edilib. Bu qrupda babasilə rastgəlmə ehtimalı 46 faiz daha yüksək olub.
Mütəxəssislər xəbərdarlıq edir ki, tualetdə qalma müddəti 5 dəqiqəni keçməməlidir. Uzun müddət oturmaq, qarın daxili təzyiqi artıraraq anal damarlara təsir göstərir və babasilin yaranmasına şərait yaradır.
Alimlər qeyd edirlər ki, babasil hər il milyonlarla insanın həkimə müraciət etməsinə səbəb olur və tualetdə telefon istifadəsi bu problemin artmasına təsir edən yeni risk amili kimi qəbul edilir.
Araşdırmanın nəticələri “PLOS One” elmi jurnalında dərc olunub.
Tərcümə: Nəzrin Abbas
E-saglam.az