Dərman qəbul etmədən ağrılardan xilas olmaq mümkündür. Mütəxəssislər bildirir ki, bəzi bitkilər və təbii yağlar orqanizmdəki iltihabı azaldaraq ağrını aradan qaldıra bilir. Bu vasitələr həm təhlükəsiz, həm də uzunmüddətli təsirə malikdir.
NOCOMMENT.az təsiri elmi cəhətdən sübut olunmuş təbii ağrıkəsici vasitələri təqdim edir.
Zəncəfil
Zəncəfil orqanizmdəki iltihabi prosesi azaldaraq ağrını yüngülləşdirir. Xüsusilə baş və əzələ ağrılarında təsirlidir. İsti zəncəfil çayı gündə iki dəfə qəbul oluna bilər.
Çobanyastığı
Təbii sakitləşdirici təsirə malik olan çobanyastığı çayı baş ağrısı, gərginlik və mədə ağrılarında kömək edir. Spazmları aradan qaldırır, orqanizmi rahatladır.
Nanə yağı
Nanə yağının tərkibindəki mentol ağrı reseptorlarını sakitləşdirir. Xüsusilə baş ağrısı və miqrendə gicgaha az miqdarda çəkildikdə rahatlıq verir.
Sarımsaq
Təbii antibiotik kimi tanınan sarımsaq diş ağrısında və soyuqdəymə nəticəsində yaranan narahatlıqlarda effektivdir. Əzilmiş sarımsağı pambığa büküb ağrıyan dişin üzərinə qoymaq müvəqqəti rahatlıq gətirir.
Mütəxəssislər qeyd edir ki, bu vasitələr təbii olsa da, xroniki və ya güclü ağrılar zamanı həkimlə məsləhətləşmək vacibdir.