Sumqayıtda 35 yaşlı qadın itkin düşüb.
Ucnoqta.az xəbər verir ki, 9-cu mikrorayon ərazisində yaşayan Aytən Simka (keçmiş familiyası Bağırova) evdən çıxıb və geri qayıtmayıb.
Məlumata görə, o, oktyabrın 2-si saat 11:27 radələrində 9-cu mikrorayon, 75 saylı binanın 8-ci mənzilindən çıxıb. Sonuncu dəfə “Heydər Parkı”nın yaxınlığında görünüb.
Aytənin boyu 1.65 metrdir, evdən çıxarkən açıq krem rəngli qolsuz kurtka, tünd göy rəngli şalvar və tufli geyindiyi bildirilir.
Qohumlarının sözlərinə görə, Aytənin yaddaş pozğunluğu və psixoloji problemləri var, bəzən unudur və yolu azır.
Onu görənlərdən və ya yeri barədə məlumatı olanlardan polisə və ya ailəsinə məlumat vermələri xahiş olunur.
Əlaqə nömrəsi: +994 70 909 14 04