RU

İsrail və HAMAS Misirdə danışıqlar aparacaq - Tarix

İsrail və HAMAS ABŞ-ın vasitəçiliyi ilə sabah Misirdə danışıqlar aparacaq.

 
Sitat.info xəbər verir ki, bu barədə İsrail mediası rəsmi mənbələrə istinadən məlumat yayıb.
 
Məlumata görə, İsrail nümayəndə heyətinə Strateji Planlaşdırma naziri Ron Dermer rəhbərlik edəcək.
 
ABŞ tərəfindən isə görüşdə Prezident Trampın xüsusi nümayəndəsi Stiv Uitkoff iştirak edəcək. Ehtimal olunur ki, Prezidentin keçmiş müşaviri Cared Kuşner də danışıqlara qatılsın.
 
HAMAS bəyan edib ki, bütün israilli girovları azad etməyə və Qəzza zolağının idarəsini müstəqil bir quruma təhvil verməyə hazırdır, həmçinin vasitəçilər vasitəsilə dərhal danışıqlara başlamağa razıdır.
 
Danışıqların mövzusu Donald Trampın təklif etdiyi sülh planının həyata keçirilməsi olacaq.
Избранный
46
10
sitat.info

10Источники