RU

Əlisəmid Kürün vəziyyəti ağırlaşdı

Ajans.az xəbər verir ki, bu barədə “Report”a şairin ailəsi məlumat verib. Bildirilib ki, həkimlər əlindən gələni etsə də, onun səhhətində heç bir irəliləyiş olmayıb: “Ona görə də belə qərara gəldik ki, evə aparaq. Hazırda evdədir və vəziyyəti ağırdır”.

Xatırladaq ki, Əlisəmid Kür sentyabrın 15-dən səhhətində yaranan problemlərə görə Respublika Diaqnostika Mərkəzinin reanimasiyasına yerləşdirilmişdi.

Избранный
25
22
Ajans.az

10Источники