RU

İker Kasilyas Messi və Ronaldo müqayisəsinə belə cavab verdi

Madrid "Real"ının sabiq qapıçısı İker Kasilyas Kriştiano Ronaldo ilə Lionel Messidən hansını daha güclü hesab etdiyini açıqlayıb.

Far.Az xəbər verir ki, o bu barədə "Defens Central" nəşrinə açıqlamasında bildirib.

"Ronaldo ilə eyni komandada oynamışam, təbii ki, bu cütdə ən güclü ad kimi onu göstərirəm. Burada sual nədən gedə bilər ki?", - deyə Kasilyas deyib.

Qeyd edək ki, 40 yaşlı Kriştiano Ronaldo 5 dəfə "Qızıl top" mükafatına layiq görülüb, 38 yaşlı Lionel Messi isə bu mükafatı 8 dəfə qazanıb. Messi Argentina millisi ilə 2022-ci ildə dünya çempionu olub, Ronaldo isə 2016-cı ildə Avropa çempionatının qalibi adını qazanıb. Portuqaliyalı ulduz Çempionlar Liqasını 5, argentinalı dünya çempionu isə 4 dəfə qaldırıb.

Избранный
17
1
far.az

2Источники