RU

Binəqədi rayonunda fərdi yaşayış evi obyektə çevrilib - Hacıbaba Babayevin saxta arayışı ilə...

Paytaxtın Binəqədi rayonunun Binəqədi qəsəbəsində sənəddə fərdi yaşayış evi östərilsə də, obyekt inşa edilib...

AzFakt.com xəbər verir ki, Binəqədi rayon Binəqədi qəsəbəsi Gülüstan küçəsi, döngə 6, ev 2Q ünvanında tikilən fərdi yaşayış evi kimiqeydiyyatdn eçsə də, obyekt kimi inşa edilib. Bildirək ki, adı çəkilən ünvanda obyekt tikilməsi ilə bağlı Dövlət Şəhərsalma və Arxektura Komitəsinin bazasında hər hansı bir məlumat yoxdur.

Binəqədi rayon Binəqədi qəsəbəsi Gülüstan küçəsi, döngə 6, ev 2 Q ünvanında tikilən və Kənan Alıyev adına sənədləşdirilən fərdi yaşayış evinin tikintisinə icazəni Dövlət Şəhərsalma və Arxektura Komitəsinin Dövlət reysterindən çıxarış əsasında Binəqədi rayon İcra Hakimiyyətinin başçısının birinci müavini Hacıbaba Babayev verib.

Həmin icazə sənədində isə yalnız fərdi yaşayış evinin tikintisindən söhbət gedir. Amma tikinti sahibi Kənan Alıyev yaşayış evinin əvəzinə obyekt tikməklə Tikinti Məcələsi qaydalarını açıq və kobud şəkildə pozub.

Qeyd edək ki, Dövlət Şəhərsalma və Arxektura Komitəsinin qanun pozuntusundan nə qədər xəbərdar olmalarını deyə bilməsək də, Hacıbaba Babayevin və Binəqədi icra hakimiyyətinin vəzifəli şəxslərini bundan xəbərləri var. Amma nədənsə Binəqədi rayon İcra Hakimiyyəti qanunsuzluğa göz yumur və bunu adi hal kimi qəbul edirlər.

Bildirək ki, Binəqədi rayonunda qanunsuz tikintilərə icra başçısının müavini Hacıbaba Babayevin nəzarət etməsi barədə mətbuatda dəfələrlə məlumatlar dərc edilib. Bu iddialara görə Hacıbaba Babayevin adamları bütün rayon ərazində tikinti işlərini nəzarətdə saxlayırlar və Hacıbaba Babayevin icazəsi olmadan Binəqədi də heç kim daşı-daş üstünə qoya bilməz.

Xatırladaq ki, qanuna görə, layihədən kənara çıxan və layihəni pozan tikililər qanunsuz hesab olunur və onların sökülməsi qanunidir.

Məsələ ilə bağlı qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

Poliqon.info

Избранный
26
poliqon.info

1Источники