RU

Amerikada müharibə anonsu: Gəmilər göndərildi, əməliyyat başladı

ain.az, GlobalInfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

ABŞ hərbi qüvvələri Venesuela sahillərində beynəlxalq sularda narkotik qaçaqmalçılığı ilə məşğul olan gəmiyə zərbə endirib. Pentaqon rəhbəri əməliyyat nəticəsində 4 terrorçunun öldürüldüyünü açıqlayıb.

Bu addım son zamanlarda ABŞ-ın Venesualeya qarşı hücum çağırışları fonunda diqqət çəkib. Analitiklərin fikrincə, əməliyyatlar genişlənə və qanlı toqquşmalar ola bilər.

Globalinfo.az-a danışan politoloq Məhəmməd Əsədullazadə deyib ki, ABŞ Venezuelada hakimiyyət çevrilişinin olmasında maraqlıdır:

“Venezuela Prezidenti Nikolas Maduro ABŞ-ın regionla bağlı siyasətinə qarşıdır, eyni zamanda Rusiya, Çin və İranla siyasi əməkdaşlıq edir. Prezident Donald Tramp isə Amerika qitəsində tam olaraq Vaşinqtonun hegemon siyasətini formalaşdırmaq və Çin-Rusiya tandemini uzaqlaşdırmaq istəyir. Ona görə də Venesuela sahillərinə hərbi gəmilər və xüsusi təyinatlılar göndərib. Məqsəd bu ölkəyə hərbi təzyiqləri artırmaqdır.

Məhəmməd Əsədullazadə

Proses artıq başlayıb. Venezuela bunu özünə təhdid hesab edir. Hələlik nrkokartellərə qarşı mübarizə adı ilə hərbi əməliyyatlar keçirilsə də, Tramp Yaxın Şərqdəki prosesləri həll edib, Venesuela prezidentini devirməyə çalışacaq.

Bu, Cənubi Amerikada yeni müharibə deməkdir. Hətta Venesuelaya qonşu ölkələrdən də hərbi müdaxilə reallaşa bilər. ABŞ buna tam dəstək verəcək”.

Turan Rzayev

Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
38
globalinfo.az

1Источники