Deyilənə görə, Püstəxanım Əzizbəyova (Məşədi Əzizbəyovun qızı) 5 dəfə ərə gedib. 1-ci, 2-ci, 3-cü... 4-cü və yenidən 1-ciyə...
1-ci əri ilə ikinci evlilikdən sonra 3-cü ərinin ikinci arvadı 2-cinin ikinci arvadına zəng vurur deyir ki, "zəng vurdum, deyim, ehtiyatlı ol! Püstəxanım 2-ci "kruq" gəlir".
Bu söhbətin nə qədər düz olub-olmadığını deyə bilmirəm, amma bənzərinə futbolumuzda canlı şahidlik etməkdəyik.
Söhbət "Kəpəz" komandasından gedir.
Bölgə klubunun rəhbərliyi böyük tarixi olan klubu çevirib Püstəxanım həyat hekayəsinə.
2023-cü ilin noyabr ayında Qərb təmsilçisinin baş məşqçi postu Adil Şükürova tapşırıldı.
2024-cü ilin avqust ayında o istefaya göndərildi.
Boş qalan posta Azər Bağırov gətirildi.
2025-ci ilin iyun ayında Bağırovu göndərən rəsmilər onu yenidən Adil Şükürovla əvəzlədilər.
Cəmi 3 ay sonra Şükürov istefaya göndərilincə, Bağırov yenidən posta qaytarıldı.
Məncə, işsiz olan Şükürova deyən lazımdır ki, hazır olsun, "Kəpəz" üçüncü "kruq"a hazırlaşır...
XANOĞLAN / SPORTİNFO.AZ