Şair Əlisəmid Kürün (Cəfərli) vəziyyəti ağırlaşıb və o, xəstəxanadan evə gətirilib...
Bu barədə APA-ya şairin qızı Aynur Mehdiyeva məlumat verib.
Onun sözlərinə görə, atasının vəziyyəti hazırda ağırdır.
“Bu gün evə buraxılıb, vəziyyəti ağırdır”, – deyə o bildirib.
Qeyd edək ki, səhhətində yaranan problemlər səbəbindən Əlisəmid Kür sentyabrın 15-də Respublika Diaqnostika Mərkəzinə yerləşdirilmiş, daha sonra müalicəsi Respublika Klinik Xəstəxanasında davam etdirilmişdi.
Poliqon.info