RU

III MDB Oyunları: Azərbaycanın qadın boksçuları turniri 9 medalla başa vurdular

Bu gün III MDB Oyunları çərçivəsində Yevlax Olimpiya İdman Kompleksində boks yarışlarında final döyüşləri keçirilib.

Azərbaycanlı boksçu Gülər Hüseynova (48 kq) rusiyalı Darya Qavrinaya qalib gələrək qızıl medala sahib çıxıb.

Aysel Fərəcova (46 kq), Əminə Tağı (50 kq), Cəmilə Muradlı (54 kq), Aynur İsmayılova (60 kq) və Fidan Bakarova (63 kq) finalda rəqiblərinə uduzub və ikinci yerlə kifayətləniblər.

Aylin Nəzərova (46 kq), Zəhra Məmmədova (52 kq) və Mirrüqeyya Azərpur (57 kq) bürünc medallar qazanıblar.

Beləliklə, Azərbaycanın qadın boksçuları turniri 1qızıl, 5 gümüş və 3 bürünc medalla başa vurublar.

Qeyd edək ki, boks üzrə yarışlar oktyabrın 5-də yekunlaşacaq.

Избранный
45
6
teleqraf.com

10Источники